Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3+3 formatında regional əməkdaşlıq platformasının ikinci sammitində iştirak etmək üçün Tehrana səfər edəcək.
Az.rasthaber.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün Tehranda keçiriləcək regional əməkdaşlıq formatı toplantısında iştirak edəcək.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ceyhun Bayramovun bu gün Tehrana səfər edəcəyini bildirib.