Azərbaycanın keçmiş baş nazirindən xəbər var

Azərbaycanın keçmiş baş nazirindən xəbər var

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Az.rasthaber.com Modern.az-a istinadən xəbər verir ki, 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

Xatırladaq ki, Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadənin səhhətində problemin yaranması və bu səbəbdən də xarici ölkələrin birində müalicə alması ilə bağlı xəbərlər yayılmışdı.

Xəbəri paylaş

VİDEOLAR