Azərbaycanın Əhlibeyt məddahı, Hacı Yaşar Nardarani haqqın dərgahına qovuşdu

Azərbaycanın Əhlibeyt məddahı, Hacı Yaşar Nardarani haqqın dərgahına qovuşdu

Azərbaycanın ilk Əhlibeyt məddahlarından olan Hacı Yaşar Cahid Nardarani vəfat edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki,  Hacı Yaşar Cahid Nardarani sovet illərindən Əhlibeyt məddahı kimi fəaliyyət göstərib, qəzəl və şeirlər yazıb.

"Əhlibeyt məddahları" adlı ilahilər qrupu yaradaraq Azərbaycanda dini toy mərasimlərində ilk çıxış edənlərdən olub.

Mərsiyələrdən başqa, dini musiqi və mahnıların bəstəkarı kimi də tanınıb.

Allah rəhmət etsin!

Xəbəri paylaş

VİDEOLAR