Bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın birində qəbul olunub.
Bu gündən etibarən Azərbaycanın bəzi bölgələrində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan MR-də SMS icazə ləğv edilib.
Bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın birində qəbul olunub.
Qərara əsasən Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Bölgələrdə icazə verilən iş yeri və xidmətlər:
- yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
- "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
- dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
- restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
- bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
- qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
- xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
- bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
- bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;
Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub və sonradan bu müddət mayın 4-dək uzadılıb. Aprelin 4-dən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir.