Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Az.Rasthaber.com xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Məlumat üçün onu da bildirək ki, bu ilin aprelin 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

Xəbəri paylaş

VİDEOLAR