Azərbaycanda ümumi koronavirusdan sağalanların sayı 94 faizə yaxınlaşır

Azərbaycanda ümumi koronavirusdan sağalanların sayı 94 faizə yaxınlaşır

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1276 nəfər müalicə olunaraq sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb.

Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 min 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib. Aktiv xəstə sayı 11607 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 279 min 907 test aparılıb. Bugünkü test sayı isə 7898-dir.

Qeyd edək ki, ümumi koronavirusa yoluxanların 93.54 faizi sağalıb, 5.15 faiz aktiv xəstə var.

Xəbəri paylaş

VİDEOLAR