Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 92.43 faizi sağalıb, 6.28 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 224 050 nəfərin 1.29 faizi (2 890 nəfər) dünyasını dəyişib.