Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verildi
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 3 169 yeni yoluxma faktı qeydə alınıb, 1 404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan 26 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 029 nəfər vəfat edib, aktiv xəstələrin sayı 25 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 69.83 faizi sağalıb, 28.93 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 87 163 nəfərin 1.18 faizi (1 029 nəfər) dünyasını dəyişib.