Azərbaycanda koronavirusdan sağalanların sayı 80 faizə yaxınlaşır

Azərbaycanda koronavirusdan sağalanların sayı 80 faizə yaxınlaşır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 79.83  faizi sağalıb, 18.99 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 215 483 nəfərin 1.18 faizi (2538 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR