Azərbaycanda koronavirusa yoluxanların sayı 100 mini keçdi

Azərbaycanda koronavirusa yoluxanların sayı 100 mini keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 65.4 faizi sağalıb, 33.41 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 102 396 nəfərin 1.2 faizi (1 224 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR