Azərbaycanda koronavirusa yoluxanların cəmi 14.47 faizi aktiv xəstədir

Azərbaycanda koronavirusa yoluxanların cəmi 14.47 faizi aktiv xəstədir

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 84.33% faizi sağalıb, 14.47 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 218 700 nəfərin 1.21 faizi (2 641 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR