Azərbaycanda koronavirusa yoluxanların 96.91 faizi sağalıb

Azərbaycanda koronavirusa yoluxanların 96.91 faizi sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir.

Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların   96.91 faizi sağalıb, 1.73 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 230066 nəfərin 1.36 faizi (3 126 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR