Azərbaycanda koronavirusa yoluxanların 92.89 faizi sağalıb

Azərbaycanda koronavirusa yoluxanların 92.89 faizi sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.

Rasthaber Azərbaycan-a Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  92.89 faizi sağalıb, 5.81 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 224651 nəfərin 1.29 faizi ( 2909 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR