Azərbaycanda koronavirusa yoluxanların 80 faizdən çoxu sağaldı

Azərbaycanda koronavirusa yoluxanların 80 faizdən çoxu sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.

Rasthaber xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 81.37% faizi sağalıb, 17.44 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 216 584 nəfərin 1.19 faizi (2 575 nəfər) dünyasını  dəyişib

Xəbəri paylaş

VİDEOLAR