Azərbaycanda koronavirusa yoluxanların 77.16 faizi sağalıb

Azərbaycanda koronavirusa yoluxanların  77.16 faizi sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 77.16 faizi sağalıb, 21.22 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 213 192 nəfərin 1.15 faizi (2 454 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR