Azərbaycanda koronavirusa yoluxanlarda sağalma çoxalır

Azərbaycanda koronavirusa yoluxanlarda sağalma çoxalır

Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, bu günə qədər isə ümumilikdə 2 153 562 test icra olunub.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 78.7% faizi sağalıb, 20.14 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 214 711 nəfərin 1.16 faizi (2 499 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR