Azərbaycanda koronavirusa gündəlik yoluxma - STATİSTİKA

Azərbaycanda koronavirusa gündəlik yoluxma - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb

Rasthaber Azərbaycan  xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 902 584 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 61.37 faizi sağalıb, 37.53 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 162 774 nəfərin 1.1 faizi (1 713 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR