Azərbaycanda koronavirus: Sağalma yoluxmanı keçdi

Azərbaycanda koronavirus: Sağalma yoluxmanı keçdi

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər “COVID-19″dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 66.37 faizi sağalıb, 32.54 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 191 460 nəfərin 1.09 faizi (2088 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR