Azərbaycanda koronavirus: Sağalanların sayı yoluxanların sayından iki qat artdı

Azərbaycanda koronavirus: Sağalanların sayı yoluxanların sayından iki qat artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383 , bu günə qədər isə ümumilikdə 2 073 137 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 70.14 faizi sağalıb, 28.75 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 203 593 nəfərin 1.11 faizi (2 253 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR