Azərbaycanda ikinci doza vaksin vurduranların sayı 2 milyonu keçdi

Azərbaycanda ikinci doza vaksin vurduranların sayı 2 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84247 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4798286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2777752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2020534 təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR