Azərbaycanda iki yerdə zəlzələ olub

Azərbaycanda iki yerdə zəlzələ olub

Xəzər dənizində və Mingəçevirdə zəlzələ olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 62 km olub.

Bundan başqa yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

Xəbəri paylaş

VİDEOLAR