Azərbaycanda “Fərqlənmə Nişanı” olmayan taksi sürücüləri cərimələnəcək

Azərbaycanda “Fərqlənmə Nişanı” olmayan taksi sürücüləri cərimələnəcək

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlma verib

"Bu gün təkcə Bakı şəhərində təxminən 30 minə yaxın taksi fəaliyyəti ilə məşğul olan şəxs var. Bunların da hamısına icazə verilə bilməz. Bunların da sayının məhdudlaşdırılması və minumuma endirilməsi ilə bağlı istər Bakı Nəqliyyat Agentliyinə, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə də müraciət olunub".

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

"Bakı Nəqliyyat Agentliyindən yəqin ki, hansı taksilərin, kimlərə fəaliyyət göstərməyə icazə veriləcəyi bir neçə günə bilinəcək. Bildiyim qədər "Fərqlənmə Nişanı" olan sürücülərin sayı çoxdur. Onu da nəzərə alaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq da çox risklidir. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Bakı şəhəri istisna olmaqla respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan 4 minə yaxın nəqliyyat vasitəsi var ki, onların da "Fərqlənmə Nişanı" mövcuddur. 

"Fərqlənmə Nişanı" olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb ediləcəklər. Həmin sürücülər 100 manatdan 200 manatadək cərimə ediləcəklər" - deyə, K.Əliyev bildirib.

Qeyd edək ki, bundan əvvəl "Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək", -deyə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirmişdi.

Belə ki, xidmət tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər.

"Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq qaydada həmin şəxslər haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır" - deyə, o bildirib.

Xəbəri paylaş

VİDEOLAR