Azərbaycanda din xadimi olmaq üçün necə müraciət edilməlidir?

Azərbaycanda din xadimi olmaq üçün necə müraciət edilməlidir?

Azərbaycanda din xadimi olmaq üçün necə müraciət edilməlidir?

Az.rasthaber.com xəbər verir ki, bu haqda Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə məlumat verib.

Mayın 24-ü Azərbaycanda Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin olunması məqsədilə müsahibənin keçiriləcəyini elan edib və sənəd qəbuluna başlanılıb.

“Namizədlər tələb olunan sənədləri elektron qaydada, həmçinin kağız daşıyıcılar vasitəsilə Dövlət Komitəsinə təqdim edə bilərlər. Sənəd qəbulu üçün sened@scwra.gov.az elektron poçtu fəaliyyət göstərir. Namizədlərə Dövlət Komitəsinin rəsmi internet saytında “Müsahibə və Attestasiya” bölməsindən müsahibə və attestasiya ilə bağlı qanunvericilik aktları, komissiya üzvləri, müsahibə proqramı, vakant vəzifələr, o cümlədən müraciət məqsədilə ərizə formasını əldə etmək üçün şərait yaradılıb. Eyni zamanda bildirməliyik ki, müsahibədə iştirak etmək istəyən şəxslər Dövlət Komitəsinin Mərkəzi aparatına və bölgə şöbələrinə zəng və ya biləvasitə müraciət etməklə, qurumun sosial şəbəkə hesablarına yazmaqla maraqlandıqları suallara cavab ala bilərlər”, – deyə Komitənin nümayəndəsi bildirib.

Elan olunmuş müsahibədə yalnız ali dini və orta ixtisas təhsili olan şəxslər iştirak edə bilərlər. Bu qərar “Dini etiqad azadlığı haqqında” qanunun 4-1.2-ci maddəsində və Qaydanın 1.2.1-ci bəndində əks etdirilir. Namizədlər imam, imam müavini, dini ayinlərin icraçısı, müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrindən birini seçə bilərlər. Xaricdə dini ali və orta ixtisas üzrə təhsil alan şəxslər müsahibədə iştirak etmək üçün 24 iyunadək sənədlərini Dövlət Komitəsinə təqdim edə bilərlər.

Xəbəri paylaş

VİDEOLAR