Azərbaycanda din xadimi olmaq istəyənlərin sayı açıqlanıb

Azərbaycanda din xadimi olmaq istəyənlərin sayı açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycanda din xadimi olmaq istəyənlərin sayını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə iyulun 5-də qurumun mətbuat xidməti məlumat verib.

Hazırda ölkədə məscid və ziyarətgahlarda din xadimi vəzifəsində çalışmaq istəyənlər üçün attestasiya keçirilir. Bu səbəbdən Müsahibə və Attestasiya komissiyaları formalaşıb. Bununla da 24 may tarixindən İslam dininə aid ibadət yerləri üzrə vakant vəzifələrə sənəd qəbulu başlayıb. İyunun 26-da isə proses başa çatıb.

Qeyd olunan müddət ərzində Dövlət Komitəsinə 267 namizəd müraciət ünvanlayıb.

Fevralın 25-də Milli Məclisin III oxunuşunda “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklər qəbul edilib. Martın 11-də isə Prezident İlham Əliyev sözügedən dəyişiklikləri təsdiq edib. Yeni qanuna əsasən, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınaraq DQİDK-nın səlahiyyətinə verilib.

Xəbəri paylaş

VİDEOLAR