Azərbaycanda bir sutkada 43 nəfər vəfat edib

Azərbaycanda bir sutkada 43 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 43 nəfər vəfat edib.

Rasthaber Azərbaycan  xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, ötən müddət ərzində isə ümumilikdə 1 998 577 test aparılıb.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 65.58 faizi sağalıb, 33.32 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 187 336 nəfərin 1.09 faizi (2050 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR