Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib, aktiv xəstə sayı 2 343 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 158, ötən müddət ərzində isə ümumilikdə 3 589 231 test aparılıb.