Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, ötən müddət ərzində isə ümumilikdə 2 214 194 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 89.18 faizi sağalıb, 9.57 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 220 599 nəfərin 1.25 faizi (2761 nəfər) dünyasını dəyişib.