Azərbaycanda açıq məkanlarda da maska taxılması vacib olur

Azərbaycanda açıq məkanlarda da maska taxılması vacib olur

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Rasthaber Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Xəbəri paylaş

VİDEOLAR