Azərbaycanda 3 milyon 850 mindən çox vaksin vurulub

Azərbaycanda  3 milyon 850 mindən çox vaksin vurulub

Nazirlik məlumatı yayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 922 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 425, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR