"Yaşayış minimumunda artım olarsa, buna müvafiq olaraq da 190 manatda da artım olacaq".
Rasthaber Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bu gün canlı yayımda çıxışı zamanı deyib.
O, belə bir qərar veriləcəyi halda prosesin icra olunacağını bildirib: "190 manat Nazirlər Kabinetinin qərarı ilə verilir. Bununla bağlı hökumət tərəfindən qərar qəbul edilib. Bununla bağlı hökumət qərar verərsə, tərəfimizdən 190 manatın verilməsi prosesi icra olunacaq".