Azərbaycanda 102 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda 102 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.rasthaber.com verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 334 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 387 nəfər müalicə olunaraq sağalıb, 4 947 nəfər vəfat edib, aktiv xəstə sayı 2 515 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 655, ötən müddət ərzində isə ümumilikdə 3 581 073 test aparılıb.

Xəbəri paylaş

VİDEOLAR