Azərbaycana Çin istehsalı olan vaksin gətirilib - Mənbə

Azərbaycana Çin istehsalı olan vaksin gətirilib - Mənbə

Mənbənin sözlərinə görə, ölkəyə gətirilən peyvənd Çin istehsalı olan SinoVac preparatıdır

Rasthaber Azərbaycan  xəbər verir ki, Səhiyyə Nazirliyindəki mənbədən Sputnik Azərbaycan-a verilən məlumata görə, SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana daxil olub.

Mənbənin sözlərinə görə, ölkəyə gətirilən peyvənd Çin istehsalı olan SinoVac preparatıdır. O da məlum olub ki, birinci mərhələdə koronavirus əleyhinə peyvənd səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.

Qeyd edək ki, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində çıxış edərkən peyvənd proqramının 2021-ci ilin əvvəllərində başlayacağını, vaksinasiyanın könüllülük prinsipi əsasında və dövlət hesabına aparılacağını bildirmişdi.

Bu arada, yaxın günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin immunizasiyanın başlanması və müddəti barədə əmr imzalayacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR