Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə etdi

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR