Azərbaycan və İran XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com xəbər verir ki, məlumata əsasən, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək regional və beynəlxalq arenada əməkdaşlığın artırılması və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR