Azərbaycan UEFA-ya söz verdi

Azərbaycan UEFA-ya söz verdi

AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.

Rasthaber Azərbaycan-ın "Sputnik"ə istinadla məlumatına görə, bu barədə federasiyanın Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Xəbəri paylaş

VİDEOLAR