Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

“XİN rəhbərləri ilə aparılan konstruktiv danışıqlardan sonra mən də onunla səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq”,- səfir bildirib.

Xəbəri paylaş

VİDEOLAR