Azərbaycan Ordusunun Qərargah Rəisi Türkiyədə səfərdədir

Azərbaycan Ordusunun Qərargah Rəisi Türkiyədə səfərdədir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.
Səfər sentyabrın 14-dək davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR