...Allah yolunda şəhidlik zirvəsinə ucalıb əbədi səadətə qovuşdular.
Cənubi Qafqaz regionunda, Qarabağ müharibəsinin başlanması və bu gedişatın ardınca Azərbaycan əsgərlərinin, erməni təcavüzkarlarına qələbəsi ilə qurtarması barədə bir neçə mühüm məqamlara toxunmaq istəyirəm.
Müharibənin belə sona çatması demək olar ki, Ermənistan qüvvələrinin bütün hesablamalarını alt-üst etdi.Beləki işğal altında olan ərazilərin azad edilməsi ilə nəticələndi.Bütün dünya mətbuatı müsəlman Azərbaycan xalqının qələbəsindən və cəbhədə döyüşən cavanların rəşadətindən yazdı. 30 ildən sonra bir daha ərazi bütövlüyünü təmin edən və işğal məsələsinə son qoymaq, Azərbaycan dövlət və millətinin sevincinə səbəb oldu.
Bildiyiniz kimi Azərbaycan respublikası dünyada ikinci şiə ölkəsi sayılır. Buna görə də İslam düşmənləri Azərbaycan xalqı üçün bir çox məkrli siyasi planlar hazırlamışdır. Qətiyyətlə bunu deyə bilərəm ki, sovet sosialist respublikası dağılandan sonra regionda Qarabağ münaqişəsini yaratmaq, İran və Azərbaycan respublikasının bir-biri ilə müttəhid olmasının qarşısını almaq məqsədini güdürdü.Bu plan qərb ölkələrində hazırlanmasına baxmayaraq, ruslarda bu senarini maraqla izləyirdilər. Çünki bu birləşmə və Qarabağ münaqişəsini həlli etmək, İran İslam respublikasının, cənubi Qafqaz regionunda nüfuzunun artırmasına səbəb olacaqdır.
Qətiyyətlə qeyd etməliyəm ki, Qarabağ uğrunda aparılan müharibədə əsas qələbə amili Azərbaycan xalqının şücaətli və qeyrətli cavanlarının könüllü cəbhələrə yollanması idi. Bu cavanların bir hissəsinin dindar təbəqədən olduqları üçün şiə məktəbinin maarifindən ilham alaraq böyük həvəslə təcavüzkar erməni qoşunlarını məhv edib onlara tarixi dərs verdilər.
Dünya şiələrinin ali dini rəhbəri Ayətullah cənab seyid Əli Xamenei ağamızın buyurduğu kimi; « Qarabağ İslam torpaqlarının ayrılmaz bir hissəsidir. Hər kəs bu torpaqların azadlığı uğrunda canını əldən verərsə, o "şəhiddir"! Maarif Səfərov və şeyx Elməddin Vəlişov kimi mömin cavanların ruhları şad olsun. Onlar, şəhidlər ağası imam Hüseyn əleyhis salama iqtida edərək, Allah yolunda şəhidlik zirvəsinə ucalıb əbədi səadətə qovuşdular.
Digər maraqlı nöqtələrdən biri də Azərbaycan əsgərləri döyüş bölgələrində şəhid olduqdan sonra, Əhli beyt məhəbbəti ilə ürəyi çırpınan Azərbaycan xalqı onları „ Allahu Əkbər, Hüseyn bizim şüarımız Şəhadət iftixarımız ” və milli İzzəti yüksəldən şüarlarla, son mənzilə yola salmasıdır.
Döyüş bölgələrindən çəkilən video kliplərdən açıq-aydın görünürdü ki, Azərbaycan əsgərləri mə'nəvi və döyüş əhval ruhiyyələrini yüksəltmək üçün aşura ziyarəti, səmat duası, rəcəzli şe'rlər, dini mədhiyyə və xitabələr oxuyurdular. Bu Aşura və İslam inqilabı mədəniyyəti tə'sirinin ən bariz nümunəsidir. Baxmayaraq ki, bir çox İslam və Şiə düşmənləri çalışırdılar ki, onun, sair millətlərdə xüsusilə müqavimət cəbhəsində o cümlədən İraq, Suriya,Yəmən, Əfqanıstan və Azərbaycan respublikasında qarşısını alsınlar.
Bu gərgin vəziyyətdə regionda fəaliyyət göstərən sekolar və İslamafobiya siyasətini dəstəkləyən hegemon dövlətlərin tə'sirini inkar etmək olmaz. Onlar uzun illərdir çalışırlar ki, müsəlman xalqları arasında ixtilaf, təfriqə və təxribat senariaları ilə siyasi və xalis İslamın məntəqədə geniş yayılması və tə,sirinin qarşısını alsınlar.
Məsud Hüseynov / rasthaber.com