Azərbaycan Ermənistanın S-300 sistemlərini bu cür məhv edib

Azərbaycan Ermənistanın S-300 sistemlərini bu cür məhv edib

Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov düşmənin S-300 sistemlərinin məhv edilməsi barədə danışıb.

Az.rasthaber.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda çıxış edib.

O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb:

“Müharibə zamanı AN-2 təyyarələrinin tətbiqi nəticəsində düşmənin zenit-raket sistemləri aşkar edilib. Bunun nəticəsində isə düşmənin müvafiq qurğuları, o cümlədən S-300 zenit-raket kompleksləri və digər texniklarının ilk gündən aşkar edilərək məhv edilməsinə nail olmuşuq. Bu vasitələrin müharibənin ilk gündən məhv edilməsi bütün qoşunun irəli getməsinə şərait yaradıb. Hesab edirəm ki, DSX-nin hərbi qulluqçuları Vətən müharibəsi zamanı üzərilərinə düşən vəzifələri ləyaqətlə və şərəflə yerinə yetiriblər”.

Xəbəri paylaş

VİDEOLAR