Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.