Azərbaycan ABŞ vətəndaşları üçün vizanın qiymətini azaltdı

Azərbaycan ABŞ vətəndaşları üçün vizanın qiymətini azaltdı

ABŞ və Cənubi Koreya vətəndaşları üçün çoxdəfəlik giriş vizalarının rüsumu azaldılıb.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun 20 dekabr tarixli sərəncamı ilə ABŞ və Cənubi Koreya vətəndaşları üçün çoxdəfəlik giriş vizalarının rüsumu azaldılıb.

Bu barədə sərəncamın Nazirlər Kabinetinin saytında yerləşdirilmiş mətnində deyilir.

ABŞ vətəndaşları üçün Azərbaycana çoxdəfəlik giriş vizasının qiyməti 350 dollardan 160 dollara endirilib. Bununla da qarşılıqlılıq prinsipi tətbiq edilib, belə ki, turistlər və tələbələr üçün çoxdəfəlik Amerika vizasının qiyməti 160 dollar, əmək vizası isə 190 dollardır.

Koreyaya gəlincə, Azərbaycan vətəndaşları üçün çoxdəfəlik vizanın qiyməti 150 dollardır.

Xəbəri paylaş

VİDEOLAR