Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi Bakıda Azərbaycan rəhbərliyi ilə iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sahəsində birgə istehsalın təşkili məsələlərini müzakirə edib.
"Mohibi bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və iki ölkə arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsini, o cümlədən müdafiə sahəsində birgə istehsalın təşkili, hərbi əməkdaşlıq və preferensial ticarətlə bağlı məsələləri müzakirə edib. Prezident Əliyev bildirib ki, 2021-ci ildə Azərbaycan Kabildə səfirlik açacaq", - deyə Əfqanıstan Milli Təhlükəsizlik Şurası Aparatının Twitter hesabında qeyd olunub.