İran İslam İnqilabı Tədqiqat və Mədəniyyət Qurumunun sədr müavini Mehdi Fəzaili Ayətullah Xamanei ilə bağlı irəli sürülən iddiaları təkzib edərək, inqilab liderinin səhhətinin yaxşı olduğunu və gündəlik işlərinə davam etdiyini bildirib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Fəzaili özünün "Twitter" sosial media hesabında bu barədə açıqlama verib.
Qeyd edək ki, sosial mediadakı bəzi paylaşımlar Ayətullah Xameneinin səhhətinin pis olduğunu iddia etmişdi.