Ayətullah Xameneinin hərbi müşaviri: ABŞ-a cavab hərbi olacaq

Ayətullah Xameneinin hərbi müşaviri: ABŞ-a cavab hərbi olacaq

İslam İnqilabı rəhbəri Ayətullah Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan televiziya efirində ABŞ-a cavabdan danışıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general general Qasim Suleymaninin sui-qəsdinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbəsi istisna edilmir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, belə bəyanatla İslam İnqilabı rəhbəri  Ayətullah Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan  televiziya efirində bildirib. 

"Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, - deyə o bildirib.

"Cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək", - İran rəhbərinin məsləhətçisi qeyd edib.

Dehqanın sözlərinə görə,  İranın rəhbərliyi heç vaxt müharibəyə cəhd etməyib və cəhd etməyəcək.

Xəbəri paylaş

VİDEOLAR