Ayətullah Seyid Əli Xamenei İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin məqbərəsini ziyarət edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin məqbərəsini ziyarət edib.
O daha sonra şəhidlər xiyabanına da gedib.
Bu ziyarətdən sonra İran prezidenti Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri İslam İnqilabının əzəmətli qələbəsinin 42-ci ildönümü ərəfəsində İmam Xomeyni ziyarətgahında İslam İnqilabının banisinin və şəhidlərin amalları ilə öz əhd-peymanlarını təzələyiblər.
Qeyd edək ki, İranda Fəcr ongünlüyü başlayıb.