Ayətullah Xameneidən İvrit dilində mesaj: Müqavimət günü-gündən güclənir

Ayətullah Xameneidən İvrit dilində mesaj: Müqavimət günü-gündən güclənir

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei sosial media platformasında ivrit dilində dərc olunan mesajında bildirib ki, müqavimətin gücü gündən-günə daha da aydınlaşır.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xameneinin “X” platformasındakı rəsmi hesabında sionist baş nazir Binyamin Netanyahunun Amerika Birləşmiş Ştatları Konqresi qarşısında çıxışı ilə eyni vaxtda ivrit dilində yazı dərc edilib.

Ayətullah Xamenei öz paylaşımında deyib: 

"Müqavimətin gücü hər gün daha aydın görünür. ABŞ-ın hərbi, siyasi və iqtisadi səviyyədə təmsil olunduğu nəhəng sistem HƏMAS-la mübarizədə sionistlərin arxasında dayanır, lakin onlar hərəkatı diz çökdürə bilməyiblər."

Xəbəri paylaş

VİDEOLAR