27.04.2021 21:55:47
İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei HƏMAS və Hizbullah liderlərinə məktub göndərib
Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin Fələstin İslam Hərəkatının siyasi şöbəsinin rəhbəri İsmayıl Haniyə və Livan Hizbullah hərəkatının sədri Seyid Həsən Nəsrullaha xitabən iki mesaj yayımlanıb.
Ayətullah Xamenei bu iki mesajda İsmayıl Haniyə və Seyid Nəsrullaha Qüds Gücü Komandirinin müavini General Məhəmməd Hicazinin vəfatı münasibətilə göndərdikləri başsağlığı mesajları səbəbilə təşəkkürlərini bildirib.
İslam İnqilabı Lideri mesajlarında ayrıca salamlarını HƏMAS və Hizbullah mücahidlərinə göndərərək, İranın Fələstin mövzusunda hər zaman fələstinli qardaşlarının yanında olacağını vurğulayıb.
Ayətullah Xamenei İsmayıl Haniyəyə xitabən yazdığı məktubda "Qəlbimiz hər zaman Fələstin məsələsi və fələstinli mücahid qardaşlarımızla, özümüzü sizinlə hər sahədə görür və Allahdan Fələstin xalqının zəfərini istəyirik. Allah sizə vu yolda əcr və iftixar versin. HƏMAS-lı qardaşlarımıza salamlarımızı çatdırın.", -deyə bildirib.