İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Tokio olimpiya və paraolimpiya oyunlarının medalçıları ilə görüşdə ölkəmizin qəhərmanlarına səmimi qəlbdən təşəkkür edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Beynəlxalq arenalarda ölkəyə başıucalıq gətirən idmançıların ən mühüm çempionluq mesajı üzdə mümkün görünməyən işlərin mümkün ola biləcəyi mesajı, əzmkalıq, ümid və sevincin cəmiyyətə və gənclərə ötürülməsi olduğunu deyib.
"Bir çox qurumlar cəmiyyəti, xüsusilə gəncləri ümiddən və sevincdən məhrum etmək üçün proqram hazırlamaqla məşğuldur. İranlı idmançıların qəhrəmanlığı ümid mesajını bütün cəmiyyətə inyeksiya etdi və bu məsələ çox qiymətlidir”, -deyə Ayətullah Xamenei əlavə edib.
O, idmançıların qələbəsindən sonra özünün səsləndirdiyi kiçik təşəkkür mesajlarına işarə edərək deyib: “Bilin ki, bu mesajlar qəlbimin dərinliklərindən gəlir, biz sizin gördüyünüz işin əhəmiyyətini və qədrini bilirik”.
İnqilabın Rəhbəri bəzi məhdudiyyətlərin olmasına baxmayaraq, idmançıların göstərdikləri qəhərmanlığa da toxunub: “Bu məhdudiyyətlərin olmasına baxmayaraq, dövlətin bayrağının yüksəklərə qaldırılması və beynəlxalq kürsülərin fəth edilməsi güclü iradə və möhkəm əzmkarlıqdan xəbər verir. Bu əzm, iradə, qəhrəmanlıq və ümidverici hərəkətlər təkcə idmanda yox, elm, texnologiya, incəsənət və ədəbiyyat sahəsində də mövcuddur. Məsul şəxslərin mühüm vəzifələrindən biri bu başıucalıq gətirən addımları səmimi və dürüst şəkildə təqdim etməkdir”.
O, çıxışının davamında beynəlxalq idman yarışlarında mövcud olan qeyri-sağlam çempionluq və mükafatlandırılma hallarına işarə edərək “Hakimlərin qərəzli qərarları, rüşvət, siyasi oyunlar və gücləndirici maddələrədn istifadənin olması ilə yanaşı, vətənini və özünü sataraq medal qazanmaq da dəyəri olmayan şeylərdir”, -deyə əlavə edib.
Ayətullah Xamenei çempionluqla yanaşı, insani, dini və mənəvi dəyərlərin təzahür etməsinin çox mühüm əhəmiyyət daşıdığını deyib.
O, daha sonra olimpiya və paraolimpiya yarışlarında bu halların diqqət çəkən nümunələrinə işarə edib: “İdman karvanının adının şəhidlərin, xüsusilə şəhid Süleymaninin adı ilə adlandırılması, bir neçə qəhərmanın öz medalını xüsusi şəhidlərə hədiyyə etməsi, fədakarlıq və müqavimət rəmzi sayılan çəfihdən istifadə və üzərinə səcdə edilməsi, hicaba və örtüyə riayət edilməsi, xüsusilə karvanın bayraqla hərəkəti zamanı çadradan istifadə, İran bayrağına qarşı göstərilən sevgi və məhəbbət, namaz səhnələri, məğlub olmuş rəqibi qucaqlamaq, paraolimpiya voleybol komandasının şəhid Babayinin anasına göstərdiyi hörmət səhnəsi İslam dəyərlərinin nümayişi və İranın milli kimliyinin tanıtdırılmasıdır. İranın idmançı xanımları bu yarışlarda sübut etdilər ki, İslam hicabı idman səhnəsində parlamaq üçün maneə deyil. Eyni şəkildə bunu siyasət, elm və idarəetmə sahələrində də sübut ediblər”.
“İranın qadın idmançılarının hicabı yolu İslam ölkələrinin idmançı qadınları üçün də hamarlaşdırmışdır. Belə ki, ondan artıq İslam ölkəsinin idmançı qadınları hal-hazırda hicaba riayət edərək idman meydanlarına çıxırılar”, -deyə o bildirib.
Ayətullah Xamenei idman meydanlarında cinayətkar sionist rejimin rəsmi şəkildə tanınmamasının çox mühüm bir məsələ olduğunu bildirib:“Qaniçən, genosidçi və qeyri-qanuni sionist rejim çalışır ki, beynəlxalq idman arenalarına çıxmaqla qanunilik qazanmağa çalışır. Dünya imperialistləri də ona kömək edir. Amma möhtərəm idman məsulları və idmançılar heç bir vəchlə bu məsələdə passiv olmamalıdırlar”.