Ayətullah Xamenei Təqrib Assambleyasına baş katib təyin etdi

Ayətullah Xamenei Təqrib Assambleyasına baş katib təyin etdi

Ayətullah Xamenei Təqrib Məzhəblərarası Yaxınlaşdırılması Assambleyasına baş katib təyin edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri  Ayətullah Seyid Əli Xamenei bir hökmlə höccətulislam Həmid Şəhriyarini İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının baş katibi təyin ediblər.

Ayətullah Xamenei bununla bağlı vediyi açıqlmada deyilir: "Əlhəmdulillah, bu gün bütün İslam dünyasında ilahi hidayətə maik aqillik elitaları, alimləri və xeyirxahları daha artıq məzhəbi düşmənçiliklər və fitnələr qarşısında müqavimətə təşviq edir və bu, müsəlmanlar arasında müharibə salmağa bel bağlayan, firqə yaratmağa üz tutan və əlhəmdulillah, bir neçə sınaqda böyük məğlubiyyətə uğrayan dünya imperializminin və küfrün siyasətlərinin tam şəkildə qarşı nöqtəsidir."

"İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasından gözlənilir ki, İslam Dünyasının fikri və elmi qüvvələrində, xüsusən gənc və enerjili şəxslərdə mövcud olan islami aqilliyin sonsuz imkanlarından istifadə ilə, islami məzhəblərin fikri və elmi yaxınlaşmalarında iri addımlar ataraq, bir neçə on il bundan öncə başlanmış hərəkəti yeniləyəcək.", -deyə İslam İnqilabının Rəhbəri  əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR