İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei İran-İraq müharibəsi zamanı həyatlarını itirmiş 250 iranlı naməlum əsgərin nəşlərinin Xanım Zəhranın (s) şəhadət günündə dəfni ilə bağlı çıxış edib.
"Salam olsun naməlum əsgərlərə, yer əhli arasında adları bilinməyən və mələklər arasında məşhur olan əsgərlərə, sadiqlərə", - deyə o qeyd edib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Ayətullah Xamanei deyib ki, "onların şəhadətlərindən illər keçməsinə baxmayaraq, onlar ölkəyə mənəviyyat və cihad ətri saçmağa davam edirlər və İslam və Quran yolunda tökdükləri qanlarına görə iftixar bayrağını daha da yüksəldirlər".
Onun sözlərinə görə, naməlum şəhidlərin nəşlərinin torpağa tapşırılmasının Xanım Zəhranın (s) şəhadəti ilə üst-üstə düşməsi onların daim yaddaşlarda qalacağının və "ölkə üçün ediləcək bir çox gözəl işlərin" xoş carçısıdır.